Tayvanda Covid-19 peyvəndi səbəbiylə dünyasını dəyişən qadının ailəsinə “200 min dollar” təzminat ödənilməsinə qərar verilib. Qərar Səhiyyə Nazirliyinin ekspertlərinin müayinəsindən sonra qəbul edilib.
Hafta.az bildirir ki, Tayvan Səhiyyə Nazirliyinin təyin etdiyi ekspertlər ölkədə koronavirus (Covid-19) peyvəndi ilə bağlı səbəblərdən bir qadının öldüyünü və bu səbəbdən qadının ailəsinə 200 min dollar təzminat ödəniləcəyini açıqlayıb.
Covid-19 peyvəndləri ilə bağlı diqqətəlayiq bir açıqlama, peyvəndlərin koronavirusla (Covid-19) mübarizəni davam etdirdiyi Tayvandan gəlib. Tayvan Səhiyyə Nazirliyi tərəfindən təyin edilmiş mütəxəssislərin iştirak etdiyi paneldən sonra edilən şərhdə, Tayvanın paytaxtı Taypeydə yaşayan 50 yaşlarında olan "Yu" soyadlı qadının Covid-lə əlaqəli səbəblərə görə beyin qanamasından öldüyü açıqlanıb.
Qərara görə həyatını itirən qadının ailəsinə Tayvan daxilində ən yüksək məbləğ olan 200 min dollar təzminat ödəniləcəyi bildirilib.
Ekspertlər qeyd ediblər ki, Tayvanda 4000-dən çox insan təzminat üçün müraciət edib və fevral ayına olan məlumata görə, bu iddialardan yalnız 300-nə baxılıb.
Tayvan Xəstəliklərə Nəzarət Mərkəzinin baş direktoru Chuang Jen Hsiang, bu qərarın Tayvanda 1988-ci ildən bəri ilk dəfə ən yüksək rəqəm üzərində hesablandığını bildirdi.
Chuang, Tayvanda indiyə qədər peyvənd səbəbiylə həyatını itirən cəmi 7 hadisənin olduğunu və "Yu" adlı qadından başqa həyatını itirən 6 xəstənin ailələrinə də pul veriləcəyini qeyd edib.. Chuang, həyatını itirən 6 nəfərdən 2-nin Moderna, 3-nün AstraZeneca və 1-nin Pfizer-BioNTech peyvəndi olduğunu bildirdi.
Son olaraq Tayvanda peyvənddən sonra dünyasını dəyişən hər bir şəxs üçün 500 min Tayvan dolları (258 min türk lirəsi) ödənildiyini bildirən Çuanq, bu ölümlərin birbaşa peyvəndlə bağlı olmadığını bildirib.