Çubarov Moskvanın Azərbaycanla ədavətinin 5 səbəbini açıqladı

10:10 03.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının Yekaterinburqda Azərbaycan vətəndaşlarının haqsız yerə həbs etməsinə və törətdikləri zorakılığa dair daha bir açıqlama verib.

Hafta.az-ın yazdığına görə, KTMM sədri Çubarov Rusiyanın Azərbaycana qarşı isteriya və nifrət bəslədiyini bəyan edib və bunun səbəblərini sadalayıb.

Çubarovun fikrincə, ilk səbəb Azərbaycanın müstəqilliyinin, azad və suveren xarici siyasətinin möhkəmləndirilməsidir. 

İkincisi, Türkiyənin Cənubi Qafqazda təsirinin artırılması, Azərbaycanla Türkiyə arasında müttəfiqliyin gücləndirilməsi, Ermənistanla Türkiyə arasında münasibətlərin yumşaldılması Moskvanı dəli edir.

Üçüncüsü, Azərbaycanın mühüm yer tutduğu Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, onun Rusiyada yaşayan türklərin fəallaşması faktoru kimi qəbul edilməsidir.

Dördüncü səbəb, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, Krımı və Ukraynanın digər işğal olunmuş ərazilərini ilhaq etmək cəhdlərini tanımaması, Bakının Ukraynaya humanitar yardım göstərməsi əsas faktlardandır.

Nəhayət, beşinci səbəb Azərbaycanın Avropa enerji bazarında payının artmasıdır.