Yazını böyüt
Yazını kiçilt
Sosial şəbəkələrdə video-görüntülərdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı yayılan məlumatlar yalandır.
Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polislər vətəndaşı döyməyiblər:
“Vətəndaş küçədə özünə və ətrafdakılara xəsarət yetirməyə cəhd edərkən polis əməkdaşları ona mane olmağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan video-görüntüdə polis əməkdaşlarının sürücünü məktəbli övladlarının gözü qarşısında döydüyü iddia olunur.