DİN zəlzələ barədə açıqlama yaydı

09:21 07.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi Azərbaycanda qeydə alınan zəlzələ barədə açıqlama verib.

Qurumdan hafta.az-a  bildirilib ki, zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə DİN-ə məlumat daxil olmayıb.

 

Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.