Dağıstanda güclü qar uçqunu oldu

21:20 24.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dağıstanın Tsaxur kəndinin kənarında yerləşən magistral yolda qar uçqunu baş verib.

Hadisə nəticəsində təxminən 4 min insanın yaşadığı 9 kəndlə əlaqə kəsilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən bölgəyə çox sayda xilasetmə vasitəsi göndərilib.  Rəsmi mənbələr, uçqun təsiri ilə bağlanan yolun açılması üçün işlərin davam etdiyini və lazımi ehtiyacların yol təmizləndikdən sonra ilk növbədə kəndlərə çatdırılacağını bildirib.