Dağlıq Qarabağda Fransanı özündən çıxardan sülhyaratma missiyası – Qərb mətbuatı səbəbləri açıqlayır

15:57 22.11.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

«Qərb əmin idi ki, Rusiya və Türkiyə Dağlıq Qarabağ problemi səbəbindən münaqişə edəcək. Ancaq bu gözləntilərin əksi baş verdi. Hər iki tərəf Qərbin əsas güclərinin münaqişənin həllində iştirakını təcrid edə bildilər.» Hafta.az xəbər verir ki, bu fikirlər NewsClick nəşrində «Nə üçün Fransa Rusiyanın sülhyaratma cəhdlərini şübhə altına alır» adlı analitik materialda əksini tapıb.  

Məqalədə bildirilir ki, həm Türkiyə, həm də Rusiyanın ABŞ-la gərgin münasibətləri var. Fransa prezidenti Makron isə Türkiyə ilə Liviyadan Suriyaya qədər olan böyük coğrafiyada münaqişə aparır.

ABŞ-da isə Co Baydenin fəaliyyətə başlayana qədər noyabrın 9-10-da sülh sazişinin bağlanmasını təmin etmək Putin və Ərdoğanın da maraqlarında idi. Çünki Bayden həm Ərdoğanı, həm də Putini təndiq edirdi.   

Ekspertlər vurğulayır ki, istənilən halda Dağlıq Qarabağ problemi qərb birliyində ciddi problemlər yaradıb. NATO-nun üzvü olan Türkiyə müttəfiqləri sayılan ABŞ və Fransanı kənarda qoyaraq onların rəqibləri olan Rusiya ilə birləşib:

«İndi Türkiyə və Rusiya Minsk Qrupuna qayıda bilərlər. Tərəflərdən heç biri Qərbin aparıcı dövlətlərinin Cənubi Qafqaza yol tapmasını arzulamır. Rusiyanın bu məsələdəki maraqları isə daha dərindir. Azərbaycan və Gürcüstan Şimali Qafqazla sərhəddir. Azərbaycan həm də Xəzər hövzəsində Rusiyanın qonşusudur. Moskva bu hövzədə özünün təhlükəsizliyini tamamilə təmin etmək və ABŞ-la NATO-nun Xəzər hövzəsinə daxil olmasının qarşısını almağa cəhd göstərir».

Məqalədə Fransa Prezidentinin xüsusilə bu olaylardan, sülh danışıqlarının, müharibənin başa çatmasının onun iştirakı olmadan reallaşmasını həzm edə bilmədiyi qeyd olunur:

«Putin sonuncu dəfə Makrona bəyanat imzlandıqdan bir həftə sonra zəng edib. Bölgədə vəziyyətin artıq sabitləşdiyi ilə bağlı onu məlumatlandırıb. Özünün diplomatik səylərinin əhəmiyyəti sübut etməyə çalışan Fransa Prezidentinin bütün ümidləri Putin müharibənin artıq bir həftə əvvəl başa çatdığını açıqlamasından sonra tamamilə darmadağın olub.

Fransa və ABŞ naahatdırlar ki, Rusiya və Türkiyə onları gələcək sülh danışıqlarından kənarda saxlamağa çalışırlar. Qeyd edək ki, Astana formatı Türkiyə və Rusiyaya Suriya problemində razılığa gəlməyə imkan yaradıb. İndi isə tərəflər arasında imzalanan anlaşmaya görə, Türkiyə Azərbaycanda hərbi personalını yerləşdirmək imkanı əldə edib".

Məqalədə vurğulanır ki, indi bir sıra Qərb dövlətləri Bakı və İrəvanda fəallıq göstərərək sülh planına zərbə vurmağa çalışırlar.