Daha 2 rus oliqarx Rusiya vətəndaşlığından çıxdı

11:10 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısında yer alan iki rusiyalı iş adamı Rusiya vətəndaşlığından imtina etmək qərarına gəlib.

Hafta.az-ın yazdığına görə, ABŞ-ın “Veeam Software” və “Object First” İT şirkətlərinin sahibləri Andrey Baronov və Ratmir Timaşev Rusiya pasportlarından imtina ediblər.

Rusiyanın Cənubi Kiprdəki səfirliyində iki iş adamının vətəndaşlıqdan çıxmaq prosedurlarını tamamladığı yazılıb. Beləliklə, Baronov və Timaşev yalnız Kipr vətəndaşlığında qalıb.

Andrey Baronov sosial media səhifəsində Rusiyanın Ukraynaya qarşı təcavüzünü tənqid edib və Ukraynaya dəstək verən xeyriyyə təşkilatlarına ianə verdiyini açıqlayıb.

"Forbes" yazıb ki, 2020-ci ilin məlumatlarına əsasən Baronovun 770 milyon, Timaşevin isə 680 milyon dollar sərvəti var.

Oxunma sayı 195