Yazını böyüt
Yazını kiçilt
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Hafta.az-ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Bildirilir ki, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.