Daha bir agentlik Moskvada xəbər yayımını dayandırıb

17:53 06.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın “ANSA” informasiya agentliyi Moskva ofisindən xəbər yayımını dayandırıb.

Hafta.az xəbər verir ki, Rusiyanın səlahiyyətli orqanları tərəfindən yalan hesab edilən məlumatların dərc edilməsinə görə ağır həbs cəzalarını nəzərdə tutan qanun təsdiq olunduqdan sonra “ANSA” agentliyi Moskva ofisindən xəbər axınını dayandırmaq qərarına gəlib.

Rusiyada baş verənlərlə bağlı xəbərlər “ANSA”nın baş qərargahı və agentliyin xaricdəki digər şöbələri vasitəsilə veriləcək.

Xatırladaq ki, İtaliyanın “RAI” dövlət televiziyası da Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.