Daha bir küçədə velosiped yolu salınıb

17:31 11.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın bir neçə istiqamətində velosiped yollarının təmin edilməsi işləri aparıb.

AYNA-dan hafta.az-a bildirilib ki, Zərifə Əliyeva küçəsində velosiped yollarında 2 ədəd velosiped yol nişanı və 22 ədəd təhlükəsizlik səddi quraşdırılıb.

Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün Yusif Səfərov küçəsində də mikromobillik zolağında 22 ədəd təhlükəsizlik səddi yerləşdirilib.