Daha bir qanunsuz tikili sökülüb

13:38 25.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi Rayon İcra Hakimiyyəti Qaravəlli kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktını aşkar edərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Qeyd edək ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.