Danimarka Ukraynaya 36 milyon dollar dəyərində sursat tədarük edəcək

16:18 12.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Danimarka Ukraynaya 36 milyon dollar dəyərində sursat tədarük edəcək. TASS yazır ki, bu barədə krallığın xarici işlər naziri Lars Lekke Rasmussen bildirib.

O, ölkənin Ukraynaya iki minə yaxın artilleriya mərmisi ötürmək niyyətini açıqlayıb. Eyni zamanda krallığın xarici işlər naziri belə bir qərarın Kiyevin “xüsusi xahişi ilə” qəbul edildiyini qeyd edib.

Rasmussen bildirib ki, yeni sursat təchizatı Danimarkaya təxminən dörddə bir milyard kron, 36 milyon dollardan çox başa gələcək. Sonda o əlavə edib ki, bu, Ukraynanın bu gün münaqişədə ehtiyac duyduğu mühüm yardımdır.

Ukraynaya əlavə hərbi yardımın göstərilməsi ilə bağlı, qeyd edildiyi kimi, qərar iyunun 12-də qəbul edilib. Lazımi vəsait Danimarka parlamentindəki partiyaların əksəriyyətinin təsdiqindən sonra mart ayında yaradılan fonddan ayrılacaq. Hazırda fondun həcmi təxminən 7 milyard kron (101 milyon dollardan çox) təşkil edir.