Danimarkada qatar qəzası - Xəsarət alanlar var

13:42 23.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Danimarkanın paytaxtı Kopenhagen yaxınlığında qatar qəzası nəticəsində 17 nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, yaralılardan dördünün vəziyyəti ağırdır.

Xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, qəza iki şəhərətrafı qatarların toqquşması nəticəsində baş verib.

Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Bütün sərnişinlər qatarlardan təxliyə edilib.