Yazını böyüt
Yazını kiçilt
İyun ayının 10-da axşam saatlarından etibarən Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından qısamüddətli sel keçib, bir sıra kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, Hazırda aidiyyəti qurumlar selin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.