Dəlilər kəndində 3 otaqlı evdə yanğın olub

19:25 27.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlıda yanğın hadisəsi olub.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.

Məlumata görə, rayonun Dəlilər kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət arakəsmə divarı 3 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.