Dənizdən meyit tapılıb

16:44 25.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nardaranda dənizdə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.