Üsküdar Universiteti NPİSTANBUL Xəstəxanasından Dr. Firdevs Seyfə Şən dərman istifadəsinə diqqətli olan xəstələrin oruc tuta bilib-bilmədiyini qiymətləndirib.
Hafta.az-ın yazdığına görə, xəstəxanadan verilən açıqlamada fikirlərinə yer verilən Şən deyib ki, oruc tutmaq istəyən xəstələr dərmandan istifadəyə diqqətli olmalıdırlar.
İslam dininin oruc tutmağa müəyyən qadağalar qoyduğunu, oruc tutarkən xəstəliklərinin artacağından və ya uzanacağından narahat olanların, xəstəliyi səbəbindən oruc tutmaqda çətinlik çəkənlərin oruc tutmaması lazım olduğunu deyən Şən, “Hamilə qadınlar, səyahət edənlər və səhhətində ciddi problem olan şəxslər oruc tutmamalıdır” deyib.
Psixiatrik xəstəliklər, şəkər və təzyiq üçün müntəzəm dərman qəbul edən xəstələrin oruc tutmaq üçün dini bir vacibat olmadığını qeyd edən Şən, “Ancaq bütün bunlara baxmayaraq, özünü yaxşı hiss edən və oruc tutmaq istəyən xəstələrimizə məsləhətləşmələrini tövsiyə edirik" bildirib.
Bəzi dərmanların səhər və axşam qəbul edilməsi lazım olduğunu qeyd edən Şən bildirib: "Bu vəziyyətdə orucun heç bir zərəri olmadığı deyilirsə, xəstələrimizə tövsiyə edirik ki, mütləq səhər dərmanlarını sahurda, axşam dərmanlarını isə iftarda qəbul etsinlər”.