DGK sədri Rusiya Federal Gömrük Xidməti rəhbərliyi ilə görüşüb

12:53 24.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, rəhbər vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdovla görüşüb.

DGK-dən bildirilib ki, görüşdə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəddə nəqliyyat vasitələrinin növbələrinin yaranmaması, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə məsələlər müzakirə edilib.