Dilənçinin bir günlük qazancı: 10780 lirə

09:15 30.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə polis qrupları Elazığda dilənçilərə qarşı əməliyyat keçirib.

Hafta.az-ın yazdığına görə, saxlanılan bir dilənçinin üstündən tapılan 10780 lirə (555 manat) polisi heyrətə salıb.

Araşdırma zamanı bəlli olub ki, dilənçi həmin məbləği sadəcə saxlanıldığı son gün ərzində yığıb.

Hesablamalara əsasən, gündəlik bu qədər qazanmaq dilənçinin heç işləmədən ayda 330 min lirə (17 min manat) gəlir götürməsi deməkdir.

Polis rəisi Kadir Temur vətəndaşları aldanmamaq üçün xəbərdar edərək, "Təssüf ki, bəzi insanlar bizi qınayır. Deyirlər ki, qarışmayın, yazıqdırlar, verdikləri nəzir-niyazla dolanırlar… Amma onların yazıqlığı saxtadır. Dilənçilər minimum əməkhaqqı ilə işləyən vətəndaşın bir ayda qazandığı məbləği bir gündə qazanır. Onların məsum görkəminə aldanmayın" deyə vətəndaşlara müraciət edib.