Divanı satdı, onun 40 dəfə baha olduğunu öyrəndi

20:31 23.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikalı qadın köhnə divanı satıb və sonra məlum olub ki, o, məşhur dizayner tərəfindən hazırlandığı üçün 40 dəfə bahadır, deyə Daily Star yazır.

İllinoys ştatından olan Jules Schreiner pulsuz əldə etdiyi köhnə divanından qurtulmaq qərarına gəldiyini və sosial şəbəkələrdə elan yerləşdirərək mebeli 500 dollara satdığını bildirib. Bundan sonra o, satdığı divanın sənət əsərləri yüksək qiymətləndirilən məşhur dizayner Vladimir Kaqanın əsəri olduğunu öyrənib.

Məlum olub ki, Kaqan mebellərinin oxşar hissələri 20 min dollara çata bilər, bu da Shrinerin divanını demək olar ki, heç bir qiymətə satması deməkdir. Əsəbləşən amerikalı bu xəbəri sosial media istifadəçiləri ilə bölüşmək qərarına gəlib.