DMX-nin Çağrı mərkəzinə edilən zənglərin əksəriyyəti müvəqqəti yaşama icazəsi ilə bağlı olub

16:38 13.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Miqrasiya Xidməti (DMX) 2024-cü ilin avqust ayı üzrə statistik məlumatları açıqlayıb.

DMX-dən hafta.az-a bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2024-cü ilin avqust ayı ərzində 5685 zəng cavablandırılıb. Onlardan 4908-i Azərbaycan dilində, 710-u rus dilində, 67-si isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 1524-ü müvəqqəti yaşama icazəsi, 77-i müvəqqəti olma müddətinin uzadılması, 441-i vətəndaşlıq məsələləri, 909-u olduğu yer üzrə qeydiyyat, 392-si daimi yaşama icazəsi, 579-u iş icazəsi, 298-i inzibati xəta, 1465-i isə digər məsələlərlə bağlı olub.