Doğum gününə bir çəllək pivə sifariş etdi, ÖLDÜ

18:16 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

43 yaşlı braziliyalı öz doğum günündə zədəli olan pivə çəlləyindən pivə süzmək istəyərkən ölüb. Hafta.az xəbər verir ki, bu barədə Metro məlumat yayıb.

Braziliyanın Rio Grande do Sul əyalətindən Gilson Do Nascimento, 17 sentyabrda doğum günü üçün bir çəllək pivə sifariş edib. İçkini stəkanlara tökmək istəyəndə ondan heç nə çıxmayıb - krandan yalnız köpük axıb. Adam çəlləyi aldığı şirkətə zəng vurub və nasazlıqdan şikayət edib.

Nascimentonun qardaşı oğlunun sözlərinə görə, şirkət bir mütəxəssis göndərdiklərini söyləyib və peşəkar çilingərə olan adama təmirə öz-özünə başlamağı məsləhət görüb. Braziliyalı problemi həll etməyə çalışıb, ancaq bir neçə saniyə sonra partlayış olub. Metal parçaları Nascimentin başına tuş gəlibvə o, yerindəcə ölüb.

Pivə satan şirkətin vəkili iddia edir ki, operator mərhumdan çəlləyə toxunmamağı, peşəkar bir təmirçinin gəlməsini gözləməsini istəyib. Polis hadisəni hələ də qəza kimi təsnif etsə də, yoxlama davam edir.

Oxunma sayı 872