Doqquz mərtəbəli yaşayış binasında yanğın

09:21 22.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında divan, kreslo və stol yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yüksək temperaturdan otağın lambirindən ibarət tavanı 4 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.