Dörd günlük iş həftəsinin inanılmaz nəticələri AÇIQLANDI

12:51 19.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu günə qədər ən böyük dörd günlük tədqiqat sınağı yenicə başa çatıb. 6 ay ərzində həftədə dörd gün işləyən 33 şirkətin CEO-larından tutmuş ən aşağı səviyyəli işçilərə qədər hər kəs dəyişiklikdən böyük fayda gördüklərini və 5 günə qayıtmağı heç düşünmədiklərini bildirirlər. Bəs dörd gün çəkən şirkətlərdə nə baş verdi?

Həftəlik əlavə iş vaxtının dörd günə endirilməsi bir müddətdir ki, bütün dünyanın gündəmindən düşmür. Dünyada bu modeli sınaqdan keçirən və onun işçilərin mənəviyyatına və performansına təsirini sınayan bir çox şirkət var.

Bu sınaqların ən böyüyü keçən il Qlobal Dörd Günlük İş modelini müdafiə edən 4 Günlük Həftə Qlobal təşkilatı tərəfindən təşkil edilib. Altı ölkədən 33 şirkətin iştirak etdiyi sınaq 2022-ci ilin fevralında başlayıb. Məqsəd, işçilərin eyni maaş üçün 40 saat əvəzinə 32 saat işlədiyi bir ssenaridə məhsuldarlığın aşağı düşüb-düşməyəcəyini görmək idi.

Nəticələr təşkilatçıları və hətta iştirakçı şirkətlərin rəhbərlərini təəccübləndirəcək qədər yaxşı idi. Proqram çərçivəsində şirkətlərin gəlirləri artıb, işçilərin fiziki sağlamlığı və hazırlığında irəliləyişlər olub. Üstəlik, şirkətlərin ətraf mühitə vurduğu ziyan da azalıb.

Bu nəticələrdən sonra cəmi minlərlə işçisi olan daha 100 şirkət dörd günlük iş modelini tətbiq etməyə və ya qiymətləndirməyə başlayıb.

Bəs dörd günlük işə keçən şirkətlərə nə oldu? ABŞ-da yerləşən İNSIDER xəbər saytı bu sualı sözügedən şirkətlərin rəhbərlərinə verib və çox maraqlı cavablar alıb...

Soothing Solutions, baş ofisi İrlandiyanın Dundalk şəhərində yerləşən və uşaqlar üçün öskürək damcıları istehsal edən şirkətdir.

Təsisçilər Sinead Crowther və Denise Lauaki böyük gözləntilərə sahib idilər, çünki təcrübənin başlanğıcında şirkət işçiləri dörd günlük əməliyyatın davamlı və ya hətta gəlirli ola biləcəyinə şübhə edirdilər.

İki qadın 2017-ci ildə qurduqları şirkətdə insan yönümlü bir mədəniyyət qurmaq üçün yola çıxıb. Beləliklə, Crowther 2021-ci ildə 4 Günlük Həftənin cədvəli haqqında eşidəndə bunu istedadı cəlb etmək və saxlamaq üçün bir yol kimi görüb.

Soothing Solutions ilk işçilərini 2021-ci ildə işə götürüb. O vaxtdan bəri heç kim işi tərk etməyib. Krouter dörd günlük işlə bağlı işçilərin şərhlərini dinləyərkən göz yaşlarını saxlaya bilməyəcəyini söyləyib:

"İşçilərimizdən birinin valideynləri ölüm döşəyində idi və əməkdaşımız üç-dörd gününü valideynləri ilə keçirə bildi. O, mənə dedi ki, başqa heç nə ona bu vaxtı geri qaytara bilməz. Əgər o, bunu edə bilməsəydi başqa yerdə işləyirdi”.

Başqa bir əməkdaş işdən çıxanda şəkil çəkməyə başlayıb və Krouterin sözləri ilə desək, "O, əla fotoqraf olub!"

İrlandiya, Böyük Britaniya və Şotlandiya xaricində satış etməyi planlaşdırdıqlarını ifadə edən Crowther, "Heç narahat deyilik. Bilirəm ki, çılğın səslənir, amma sistem işləyir".