Dördmərtəbəli yaşayış binasında yanğın olub

21:40 21.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Səbail rayonunda dördmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.0
 
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin 1 otağının tavanı, taxtadan ibarət divarı 18 m² sahədə və üçüncü mərtəbədə ümumi sahəsi 90 m² olan 3 otaqlı mənzilin döşəməsi 5 m² sahədə yanıb.
 
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.