Dövlət şirkətinə aid 10 təyyarə oğurlanıb

13:20 23.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Rusiyanın dövlət qurumu olan "Rostex"ə bağlı "Tehnologiya" şirkəti 10 ədəd T-500 kənd təssərrüfatı məqsədli model təyyarələrin yoxa çıxdığını bildirib.
Hafta.az-ın yazdığına görə, açıqlamada deyilir ki, MVEN şirkəti tərəfindən istehsal olunan təyyarələrin bir dənəsi sərgilərdə nümayiş etdirilmək üçün saxlanılırdı, qalan doqquzunun isə qeydlərə əsasən, Kazandakı Tupolev ərazisində olması lazım idi. Ümumilikdə 165 milyon rubl və ya 2,2 milyon dollar dəyəri olan təyyarələrin sahibi "Tehnologiya" şirkəti, harada və kimin mülkiyyətində olduğu bilinməyən təyyarələrin itkisi barədə polisə müraciət edib.
Qeyd edək ki, tək motorlu "T-500" təyyarələri kənd təsərrüfatı sahəsində istifadə edilmək məqsədilə Tatarıstandakı "İnnopolis" şirkətində layihələndirilib və ilk dəfə 2017-ci ildə uçub. "T-500" Rusiyada Sovetlər Birliyi dağıldıqdan sonra müasirləşdirilən ilk kənd təsərrüfatı təyyarəsidir.