Dövlət taxıl ehtiyyatını gücləndirmək üçün 625 min ton buğda alıb

11:10 05.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Taxıl Təşkilatı (SAGO) dünyanın dörd bir yanından - Avropa, Şimali Amerika, Cənubi Amerika və Avstraliyadan taxıl idxalını sürətləndiirb.

Hafta.az-ın yazdığına görə, Ər-Riyad hökuməti ümumilikdə 625 min ton buğda idxal ediləcəyini bəyan edib. Bununla da, Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar olaraq, ölkə əhalisinin bu strateji ərzaq növünə təlabatında hər hansı bir mümkün sıxıntının yaşanmasının qarşısı alınacaq.

SAGO-nun sədri Mühəndis Əhməd əl-Faris deyib ki, bu müstəvidə bağlanmış bütün sazişlər strateji buğda ehtiyyatının toplanılması, ərzaq təhlükəsizliyinin gücləndiirlməsi və un-çörək şirkətlərinin bütün ehtiyaclarının qarşılanmasına xidmət edir.

Buğda idxalının sentyabr - noyabr aylarınadək tamamlanacağını qeyd edən Əl-Faris, ticarət prosesinin Ciddə İslam, Yanbu Ticarət, Dammam Kral Əbdüləziz və Cizan limanları vasitəsilə həyata keçirildiyini deyib.