Dünya Bankı Ukraynaya maliyyə yardımı ayırıb

10:35 08.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya Bankının Direktorlar şurası Ukraynaya 723 milyon dollar həcmində maliyyə yardımı ayrılmasına dair qərarı təsdiqləyib.

Hafta.az-ın xəbərinə görə, qurum artıq bu barədə məlumat yayıb.

Yardım özündə kreditləri, qrantları, İsveçrə və Niderland tərəfindən verilən kredit zəmanətlərini əhatə edir. Bankdan bildirilib ki, bu vəsait Ukrayna əhalisinə həyatı vacib xidmətlərin göstərilməsi, həmçinin həkimlərin məvaciblərinin ödənilməsi üçün ayrılıb.