Dünyada koronavirusa yoluxma sayı 138 milyonu keçdi

09:21 14.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 138 milyon 027 min 700 nəfərə çatıb.

 

Hafta.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 972 min 104 nəfərdir. İndiyədək 111 milyon 059 min 886 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.