Dünyada yoluxma sayı 125 milyonu ötdü

09:51 27.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 614 mindən çox artıb.

Hafta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, ötən sutka ərzində 614 570 nəfər yeni koronavirusa yoluxub, 9 396 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 125 160 255, ölənlərin isə 2 748 737 nəfərə çatıb.

 

Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.