Dünyanın ən bahalı 10 ÖLKƏSİ

09:10 17.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaşayış xərcləri baxımından ən bahalı ölkələrin adı məlum olub.

Hafta.az-ın Expat Insider Report 2024-ün məlumatlarına istinadən yazdığına görə, bahalı ölkələr dedikdə həmişə ağlımıza ilk gələn ölkələr ABŞ, Kanada, Sinqapur, Qərbi Avropanın inkişaf etmiş dövlətləri gəlir. Amma bu dəfə siyahı oxuyanları çaşdırır. Belə ki, hər birimizin ucuz ölkə deyib alış-veriş məqsədilə getməyə can atdığımız qardaş ölkə Türkiyə artıq ən bahalı ölkələrin ilk onluğunda ikinci sıraya yüksəlib.

Dünyanın ən bahalı ölkələrinin ilk onluğu aşağıdakı kimidir:

1.Küveyt, 2. Türkiyə, 3. Bəhreyn, 4. Yeni Zelandiya, 5. Sinqapur, 6. Norveç, 7. İrlandiya, 8. Böyük Britaniya, 9. Finlandiya, 10. Kanada.