Dünyanın ən böyük 100 müdafiə şirkəti açıqlanıb

09:55 07.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Defence News jurnalının təşkil etdiyi "Defense News Top 100" siyahısı yenilənib.

Hafta.az-ın yazdığına görə, Türkiyənin bütün müdafiə sənayesi şirkətləri daha yüksək sıralara yüksəlib. Əvvəlki siyahıda yer almayan Maşınqayırma və Kimya Sənayesi (MKE) siyahıya 84-cü yerdə daxil olub.

Siyahı məlumatlarına görə, ASELSAN 47-dən 42-yə, TAI 58-dən 50-yə, Roketsan 80-dən 71-ə, ASFAT 100-dən 94-ə yüksəlib.

Mövzu ilə bağlı sosial media hesabından açıqlama verən ASELSAN baş direktoru Ahmet Akyol, dünyanın müdafiə sənayesi nəhəngləri arasında yüksəlişlərinin davam etdiyini ifadə edərək, “Dünyanın ilk 30-u arasında olmaq hədəfinə doğru irəliləyirik. Öz sahəsində ən yaxşısını istehsal edərək, oyunu dəyişdirən texnologiyalar inkişaf etdirərək və ixracyönümlü bir yanaşma ilə işləyərək 2030 hədəflərinə doğru irəliləyirik. Bütün uğurlarımız ölkəmizə hədiyyə olsun”, - deyə o bildirib.

Siyasət rubrikasından digər xəbərlər