Dünyanın ən varlı adamları siyahısındakı 28 ərəb milyarder

09:45 16.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən zəngin ərəblərinin sərvətinin ümumi dəyəri təxminən 76,7 milyard dollardır.

Hafta.az-ın yazdığına görə, siyahıya 6,6 milyard dollarla misirli milyarder Nassef Saviris başçılıq edir. Birləşmiş Ərəb Əmirlikləri və Livan hər birində 7 milyarderlə liderlik etdiyi halda, Misir 6 milyarderlə bu iki ölkəni izləyir.

Çox qəribədir ki, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, İraq kimi varlı ölkələrdən olan zəngin iş adamlarının adı siyahıya salınmayıb.

Beləliklə, siyahıda adı çəkilən 28 zəngin ərəb bunlardır: 1. Nassef Saviris, 57 yaş, sərvətinin miqdarı 6,6 milyard dollar. Tikinti Kimyası Sektorunu təmsil edir, Misir vətəndaşıdır. 2. Abdullain Əhməd əl-Xurair, 5,9 milyard dollar sərvəti var, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. 3. Məcid əl-Futtaim, 4,6 milyard dollar sərvəti var, aşınmaz əmlak-pərakəndə sənayesi, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. 4. Hussain Sajvani, 4,1 milyard dollar vəsaitin sahibidir, 65 yaşı var, əmlak sektorundadır, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. 5. İssad Rebrab, 4 milyard dolları var, 74 yaşındadır, qida sənayesində iş quurb, Əlcəzair vətəndaşıdır. 6. Naguib Saviris, 4 milyard dolların sahibidir, 63 yaşı var, telekomunikasiya sənayesindədir, Misir vətəndaşıdır. 7. Suhail Bahvan, 3,9 milyard dolları var, 79 yaşındadır, Oman vətəndaşıdır. 8. Abdulla əl-Futtaim, 3,3 milyard dolları var, avtomobil sənayesində iş qurub, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. 9. Taha Mikati, 2,8 milyard dolların sahibidir, 73 yaşı var, telekomunikasiya sahəsindədir, Livan vətəndaşıdır. 10. Məhəmməd Mansur, 2,7 milyard dolların sahibidir, 70 yaşı var, Misir vətəndaşıdır. 11. Nəcib Mikati, 2,7 milyard dolların sahibi olan bu şəxsin 62 yaşı var, telekomunikasiya sahəsində iş qurub, Livan vətəndaşıdır. 12. Said bin Butti əl-Qebaisi, 2,7 milyard dollarlıq sərvətin sahibidir, tibbi ləvazimatlar istehsalçısıdır, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. 13. Aziz Axannuç, 2,2 milyard dolları var, 57 yaşındadır, Mərakeş vətəndaşıdır. 14. Baha Hariri, 2,1 milyard dolların sahibi olan 51 yaşlı bu şəxs əmlak-investisiya-logistika sahəsində tanınır, Livan vətəndaşıdır. 15. Yassin Mansur, 1,9 milyard dolların sahibidir, 56 yaşı var, Misir vətəndaşıdır. 16. Saif əl-Xurair, 1,9 milyard dolların sahibi olan 94 yaşlı bu iş adamı fərqli sahələrdə iş qurur, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. 17. Məhəmməd əl-Fayed, 1.6 milyard dolları olan bu iş adamının 89 yaşı var pərakəndə investisiyalar sahəsində tanınır, Misir vətəndaşıdır. 18. Robert Mouavad, 1,6 milyard dolları olan 73 yaşlı bu şəxs zərgərlik sənayesindir, Livan vətəndaşıdır. 19. Ofman Benjelloun, 1,6 milyard dolları olan 85 yaşlı bu şəxs bankirdir, Mərakeş vətəndaşıdır. 20. Saad Hariri, 1,5 milyard dolları olan bu şəxsin 47 yaşı var, inşaat sektorunda iş qurur, Livan vətəndaşıdır 21. P.N.C Menon (Puthan Naduvakkat Çenthamarakşa Menon), 1.5 milyard dolları var, 69 yaşlı bu iş adamı daşınmaz əmlak sektoru ilə məğuldur, Oman vətəndaşıdır. 22. Xəlifə Bin Butti əl-Muhairi 1,5 milyard dolları olan 39 yaşlı bu şəxs xəstəxanalar-investisiyalar sahəsində tanınır, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşdıır. 23. Yussef Mansur, 1,4 milyard dolların sahibidir, 72 yaşlı bu iş adamı fərqli sahələrdə iş qurur, Misir vətəndaşıdır. 24. Bassam əl-Ğanim, 1,4 milyard dolları olan 66 yaşlı bu şəxs fərqli sahələrdə iş qurub, Küveyt vətəndaşıdır. 25. Kutayba əl-Ğanim, 1,4 milyard dolları var, 72 yaşlı bu zəngin adam fərqli sahələrdə iş qurub, Küveyt vətəndaşıdır. 26. Eymən Həriri, 1,3 milyard dolları olan 39 yaşlı bu şəxs inşaat sənayesindədir, Livan vətəndaşıdır, 27. Fəhd Həriri, 1,3 milyard dolları olan 37 yaşlı bu şəxs inşaat sənayesində iş qurub, Livan vətəndaşıdır. 28. Favzi əl-Xarafi, 1,2 milyard dolları var, fərqli sahələrdə iş qurub, Küveyt vətəndaşıdır.