Avtomobil sənayesinin inqilabi yeniliklərindən biri olan “Model A” artıq sadəcə konsept deyil. Belə ki, “Alef Aeronautics” tərəfindən hazırlanmış 100% elektrikli olan “Model A” uçuş sertifikatı ala bilib.
Hafta.az xəbər verir ki, bu haqda Tedroid.com nəşri məlumat yayıb.
Son zamanlarda texnologiya şirkətləti “eVTOL” strukturuna əsaslanan uçan taksi layihələrinə maraq göstərir və onlara yatırım edirlər. Artıq avtomobil sənayesinin gələcəyi uçan taksilərdə və uçan avtomobillərdə dir. “Model A” avtomobili də bunun bariz nümunəsidir. Təbii ki, uçan avtomobillərin istifadə edildiyini görmək bir neçə onilliklərdən sonra mümkün olacaq.
Lakin “Model A” konseptinin uçuş sertifikatı alması uçan avtomobillərin sadəcə xəyaldan ibarət olmadığını bildirir. Ümumiyyətlə qeyd edək ki, hal-hazırda “eVTOL” strukturuna əsaslanan və şaquli uça bilən təyyarələr də inkişaf mərhələsindədir. Bundan əlavə bir çox şirkət uçan motosiklet üzərində də çalışır. Bütün bunlar avtomobil və digər sənayelərinin gələcəyindən xəbər verir. Lakin uçan avtomobil dedikdə bundan sonra ilk olan “Alef Aeronautics” və ya “Model A” avtomobili olacaq. Maraqlısı budur ki, “Model A” həm normal yolda həm də havada istifadə olunacaq.
Beləliklə, “Model A” avtomobili ABŞ Federal Aviasiya İdarəsindən ilk uçuş sertifikatı alan avtomobil olaraq tarixə keçib. Bundan əlavə tamamilə elektrik ilə işləyən model həm də ətraf mühit üçün də əlverişlidir. Qeyd edək ki “Alef Aeronautics” şirkətinin əsas investorlarından və ya dəstəkləyicilərindən biri məhz “Tesla” şirkətinin investoru olan “Tim Draper”dir. Belə ki, şirkət ilk dəfə “Model A” modelinin nümayiş etdirdikdə o 3 milyon dollar sərmaye edərək layihəyə dəstək olmuşdu. Bundan əlavə “Alef 2025”-ci ilin sonlarında “Model A” avtomobilin istehsal və tədarük etməyi planlayır.