Düşmən 30 ildə bütün qoruqlarımızı məhv edib - Professor

17:24 24.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

27 sentyabr cəbhə bölgəsində başladılmış  genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində 30 ilə yaxın müddətdə erməni işğalına məruz qalmış torpaqlarımız azad edildi.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, ermənilər işğal etdikləri ərazilərdəki hər şeyi, eləcə də flora və faunanı məhv ediblər. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxışlarının birində bildirmişdi ki,  işğal müddətində "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi olaraq qorunan 24 fauna və 69 flora növünün əksəriyyəti artıq məhv edilib.

Ermənilərin ekoloji terroru mövzusuna münasibət bildirən müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru və elmlər doktoru Rauf Sultanov söylədi ki, hazırda ən acınacaqlı durum arılarla bağlıdır:

“Təkcə Kəlbəcərdə 5000 arı ailəsi var idi. Arılar bitkilərin tozlanmasında iştirak edərək təbiəti canlandıran varlıqlardır. Ermənilər arıları məhv edərək də, təbiətimizi ciddi təhlükələrlə üz-üzə qoydular. Orada qırmızı kitaba düşən quşlar, məməli heyvanlar var idi. Düşmənlər bu 30 ildə bütün qoruqlarımızı tamamən məhv ediblər. Onların yenidən bərpası böyük vəsait tələb edir”.

Qeyd edək ki, İşğaldan azad olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir.

 

Oxunma sayı 73