Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Hafta.az-ın yazdığına görə, Talibanın Pekində səfiri təyin edilən Bilal Kəriminin etimadnaməsi ilə bağlı suala Vanq bildirib ki, ölkəsinin Əfqanıstanla bağlı siyasəti “ardıcıl və aydındır”.
Əfqanıstanla müxtəlif sahələrdə diplomatik əlaqələri davam etdirdiklərini vurğulayan Vanq, “Çinin Əfqanıstan müvəqqəti hökuməti tərəfindən göndərilən yeni səfiri qəbul etməsi və onun etimadnaməsinin Çin liderinə təqdim edilməsi normal diplomatik presudurdur" deyib.
Digər tərəfdən, Vanq beynəlxalq ictimaiyyəti Əfqanıstanın müvəqqəti hökuməti ilə münasibətləri yaxşılaşdırmağa çağırıb.
Taliban hökumətini tanıyıb-tanımadıqları ilə bağlı suala Vanq, "Demək istərdim ki, Çin Əfqanıstanın beynəlxalq ictimaiyyətdən kənarda qalmamalı olduğuna inanır" cavabını verib.
Əfqanıstanın beynəlxalq ictimaiyyətin gözləntilərinə cavabını artıracağına, açıq və əhatəli bir siyasi struktur quracağına ümid etdiklərini bildirən sözçü, "Biz düşünürük ki, Əfqanıstan hökumətinin narahatlıqları aradan qaldırılarsa, hökumətin diplomatik müstəvidə tanınması asanlaşacaq” deyib.
Bu arada, Kabildəki Çin diplomatı da Taliban administrasiyasına etimadnaməni təqdim edən ilk səfir olub. 2023-cü ilin sentyabrında Kabildə keçirilən mərasimdə Çinin yeni səfiri Cao Şinq öz vəzifəsinə Əfqanıstan müvəqqəti hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axunda etimadnaməsini təqdim etməklə başlayıb.
Taliban administrasiyası tərəfindən Pekinə səfir göndərilən Bilal Kərimi kimi tanınan Mövləvi Esadullah isə ötən gün etimadnaməni Çin prezidenti Si Cinpinə təqdim edib.
Əfqanıstanın müvəqqəti hökumətinin mətbuat katibi Zəbihullah Mücahidin köməkçisi vəzifəsində çalışan Kəriminin 2023-cü il dekabrın 1-də Pekinə səfir təyin edildiyi açıqlanıb.