Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanın Sare Pol vilayətində 4 nəfər soyuqdan donaraq həlak olub.
Hafta.az-ın yazdığına görə, Sare Pol vilayətinin sözçüsü Həbibullah Məsrur verdiyi açıqlamada vilayətin Əlbədr bölgəsində soyuq hava səbəbindən 2 qadın və 2 uşağın donaraq öldüyünü təsdiqləyib.
Məsrur qar yağması nəticəsində 3 evin damının uçduğunu, 1 nəfərin öldüyünü bildirib.
Xatırladaq ki, Əfqanıstanda keçən ilki qış aylarında ümumilikdə 200-ə yaxın insan donaraq ölüb.