Əfqanıstanda saxlanılan avstriyalı sərbəst buraxıldı

09:32 27.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliya Xarici İşlər Nazirliyi bildirib ki, 2023-cü ilin may ayından Əfqanıstanda həbsdə olan 84 yaşlı Herbert Fritz Qətərin vasitəçiliyi ilə sərbəst buraxılıb.

Hafta.az-ın yazdığına görə, açıqlamada Herbert Fritzin dünən Dohaya getdiyi və orada müalicə aldıqdan sonra ölkəsinə aparılacağı bildirilib.

Baş nazir Karl Nehammer sosial media hesabından verdiyi açıqlamada Qətər əmiri Şeyx Təmim bin Hamed əl-Taniyə vətəndaşlarının azad edilməsində göstərdiyi səylərə görə təşəkkür edib.

Ölkə mətbuatında çıxan xəbərlərdə Herbert Fritzin tanınmış ifrat sağçı ekstremist olduğu, onun 1967-ci ildə yaradılan və 1988-ci ildə qadağan edilən irqçi Milli Demokratiya Partiyasının (NPD) qurucuları arasında olduğu, hələ də irqçi və ekstremist fikirləri fəal şəkildə dəstəklədiyi bildirilir.

2023-cü ilin dekabrında Herbert Fritzin qızı, ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) üzvü Martin Qrafla keçirdiyi mətbuat konfransında hökuməti Əfqanıstanda saxlanılan ifrat sağçı ekstremistin azad edilməsi üçün lazımi səylər göstərməməkdə ittihamlayıb.

Oxunma sayı 179