Əhali ərzaq ehtiyyatı yığır - QİYMƏTLƏR QALXACAQ

11:10 14.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Rusiyada aparılan araşdırmaya əsasən, ölkədə ərzaq məhsulları yığan insanların faizi son 30 ildə ən yüksək həddə yüksəlib.
Hafta.az-ın yazdığına görə, bu barədə ictimai araşdırma şirkəti "VTsİOM"un rəy sorğusu keçirib. Sorğu zamanı bəlli olub ki, vətəndaşların 85 faizi ehtiyac duyduğundan dəfələrlə artıq ərzaq alır. Hansı ki, bu rəqəm 1992-ci il böhranı zamanı 71 faiz idi. 
Sorğuda iştirak edənlərin ancaq 13 faizi bildirib ki, hər şey yaxşı olacaq və ərzaq toplamağı lüzum görmür.
Yeri gəlmişkən, 1992-ci ildə 19 faiz vətəndaş ərzaq ehtiyyatı yığmırdı.  
Rusiyanın paytaxt Moskvadan uzaqda yerləşən ərazilərində yaşayanların 55 faizi qiymətlərin sürətlə yüksəldiyini əsas gətirərək ərzaq ehtiyyatı yığdığını deyib. Hansı ki, bu rəqəm paytaxt Moskvada və ikinci böyük şəhər olan Sankt Peterburqda 35 faizdir.