Emin Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM

13:07 07.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Hafta.az  xəbər verir ki, sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Sənədlə “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” sərəncam ləğv edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.