Yazını böyüt
Yazını kiçilt
Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına görə, hər 100 min nəfərə düşən polis məmurlarının sayına görə Avropa ölkələri arasında ciddi fərqlər var.
Hafta.az-ın yazdığına görə, polislərin sayı Qərbi Avropa ilə müqayisədə Şərqi Avropa ölkələrində daha yüksəkdir.
Beləliklə, hər 100 min nəfərə düşən polisin sayına görə ölkələrin ilk onluğunu təqdim edək:
1. Monteneqroda 730,86 polis, 2. Türkiyədə 561,25 polis, 3. Cənubi Kiprdə 543,69 polis, 4. Yunanıstanda 524,62 polis, 5. Xorvatiyada 507,03 polis, 6. Kosovoda 457,66 polis, 7. Portuqaliyada 442,78 polis, 8. Maltada 435,90 polis, 9. Bolqarıstanda 419,62 polis və 10. Latviyada 401,69 polis.