Epsteynin qardaşı keçmiş ədliyyə nazirini günahlandırdı

09:26 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mark Espteyn “NewsNation” adlı kabel televiziyasında qatıldığı proqramda qardaşının ölümünü "açıq-aşkar intihar" kimi elan edən keçmiş ABŞ prezidenti Donald Trampın dövrünün ədliyyə naziri Barrı tənqid edib.

Hafta.az-ın yazdığına görə, qardaşının çoxlu səhvlər buraxdığını, lakin intihar etməmək üçün "bir çox səbəbi" olduğunu deyən Mark Epsteyn, onun ölümü ilə bağlı istintaqın düzgün aparılmadığını bildirib.

Mark Epsteyn qardaşının keçmiş prezident Donald Tramp və keçmiş dövlət katibi Hillari Klintonla bağlı bəzi “çirkli məlumatlar” üzə çıxardığını iddia etsə də, təfərrüatları açıqlamayıb.

Qardaşının gündəlik həyatına qarışmadığını, ona görə də heç nə bilmədiyini deyən Mark Epsteyn, "Bill Bardan soruşmaq lazımdır. Əgər o bunu (Epşteynin ölümünü) gizlədirdisə, göründüyü kimi, o bunu kimin üçün gizlədirdi? Bill Barr kimi müdafiə edirdi?” deyib.

Ən kiçiyi 14 yaşında olan 18 yaşından kiçik onlarla qıza qarşı cinsi istismarda və fahişəlik şəbəkəsi yaratmaqda günahlandırılan Ceffri Epşteyn 2019-cu il avqustun 10-da saxlanıldığı Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

Səlahiyyətlilər Epsteynin ölüm səbəbini intihar olaraq açıqlasa da, ailə üzvləri bunu təkzib edərək şübhələrini dilə gətiriblər.

Epsteynin sevgilisi Ghislayn Maksvell məhkəmədə Epsteynin yetkinlik yaşına çatmayan qızları bəzi zəngin, məşhur adamlar və dövlət məmurları üçün fahişəliyə cəlb etməsinin təşkilində qeyri-qanuni fəaliyyətinə yardım göstərməsi iddiası ilə mühakimə olunub.

Keçən həftə dərc olunmağa başlayan Espteyn dava faylları bu məsələni yenidən gündəmə gətirib və hakimin qərarı ilə 4 hissədə nəşr olunan cəmi 4500-dən çox sənəd Epsteynlə bir çox məşhurlar arasındakı əlaqəni ortaya qoyub.

Açıqlanan iş materiallarında Şahzadə Endrü, keçmiş ABŞ prezidentləri Bill Klinton və Donald Tramp, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Spacey, müğənni Maykl Cekson, illüziyaçı Devid Kopperfild, vəkil Alan Derşovits və Nyu Mexiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi adlar iştiüzə çıxıb.

Klinton və Trampın adları sənədlərə daxil edilsə də, keçmiş prezidentlərə qarşı heç bir ittiham irəli sürülməyib.