Ərdoğan Almaniyanın yeni kansleri ilə telefonla danışıb

22:31 21.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Hafta.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə dövlət başçısı almaniyalı həmkarını fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Türkiyə ilə Almaniya arasındakı koordinasiyalı fəaliyyət məsələsində həmfikir olduqlarını ifadə edən liderlərin müzakirəsinin mərkəzində ikitərəfli münasibətlər və xarici siyasət məsələləri dayanıb.