Ərdoğan Türkiyədə vaksinasiyanın bitəcəyi tarixi açıqladı

15:51 26.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə COVİD-19 virusuna qarşı vaksinasiyanın nə vaxt bitəcəyinə aydınlıq gətirib.

Hafta.az apa-ya istinadən məlumat verir ki, Ərdoğan jurnalistlərin sualına cavabında vaksinasiya prosesinin may-iyun aylarında başa çatacağını təxmin etdiyini bildirib.

“Düşünürük ki, may-iyun aylarında bu proses bitsin və yay fəslinə daha rahat girmiş olaq”, - deyə Türkiyə lideri qeyd edib.