Yazını böyüt
Yazını kiçilt
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti 20-dən çox ölkənin lideri ilə müzakirə edib.
Bunu Ərdoğan bir qrup yerli icra hakimiyyətlərinin qadın başçıları ilə görüşündə deyib. O bildirib ki, Ukraynadakı vəziyyət onun təmaslarının gündəmində qalır və bu məsələ ilə bağlı müzakirələr davam etdiriləcək.
Onun sözlərinə görə, indiki vəziyyətdə Türkiyənin bölgədəki mövqeyini göstərmək çox vacibdir:
"Belə dövrlərdə hakimiyyətlə xalqın birliyi çox önəmlidir".