Ərdoğan və Zelenski İstanbulda GÖRÜŞÜBLƏR

21:54 08.03.2024 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Hafta.az-ın türk mətbuatına istinadən məlumatına görə, görüş Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində baş tutub.

Media üçün bağlı keçirilən görüşdə Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələrin aparılması gözlənilir.

Xatırladaq ki, Ukrayna Prezidenti son dəfə ötən il iyulun 7-də Türkiyədə səfərdə olub.