Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih bildirib ki, ölkəsi Çinin ərəb dünyasına açılan qapısı ola bilər.
Hafta.az-ın yazdığına görə, nazzir deyib ki, ərəb ölkələrinin ümumi daxili məhsulunun (ÜDM) həcmi 3,5 trilyon dolları ötür, bunun da üçdə biri Səudiyyə Ərəbistanının payına düşür. O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı qarşılıqlı iqtisadi maraqlar çərçivəsində Çinlə əlaqələrini gücləndirməkdə çox maraqlıdır.
Çindən gələn birbaşa xarici investisiyaların son 10 ildə 20 faiz artdığını və ərəb ölkələrinə yatırılan sərmayələrin ümumilikdə 23 milyard dollar olduğunu bildirən Falih, İpək Yolunun canlanmasına da münasibət bildirib.
Əlavə edib ki, İpək Yolu təşəbbüsü Səudiyyə Ərəbistanının iqtisadiyyatını şaxələndirmək və gənclərin bacarıqlarını yüksəltmək üçün müasir texnologiyalardan istifadə etmək məqsədi daşıyan “Hədəf 2030”a uyğundur.