Erməni cəmiyyətində terrorçular “qəhrəman”laşdırılır - Politoloq

17:52 16.11.2021
Yazını böyüt
Yazını kiçilt

Şuşada terror törədən Norayr Mirzoyanın Xankəndində qalan erməni separatçılarına təhvil verilməsindən sonra erməni cəmiyyətində ondan “qəhrəman” düzəldilməsi prosesi gedir. Bu o deməkdir ki, Ermənistan cəmiyyəti özü xəstədir.

Bunu hafta.az-a politoloq Yusif Bağırzada ermənilərin sərhəd rayonlarımızda, eləcə də Şuşada terror törətməsinə qarşı erməni ictimaiyyəti və siyasilərinin tutduğu mövqeni şərh edərkən bildirib.

Politoloq ermənilərin 1893-cü ildən siyasi terror təşkilatları yaratması faktlarına diqqət çəkib. O, erməni təşkilatlarının məqsədinin məhz terror olduğunu qeyd edib.

“Bu gün  nəinki QHT-lər, hətta siyasi təşkilatlar, politoloqlar da Mirzoyanı qəhrəman kimi təqdim edib, faşist ideologiyasına xidmət edən “milli qəhrəmanları” Nijde səviyyəsinə qaldırmaq istəyirlər.  Hətta bir neçə təşkilat onun ailəsinə ayda 1000 dollar yardım etməyi boynuna götürüb. Yaxud digər siyasətçilər təklif edirlər ki, Mirzoyanı “21-ci əsirin qəhrəmanı” səviyəsinə yüksəltsinlər”.

Y.Bağırzadə erməni siyasətçiləri və politoloqlarının açıq mətnlə Rusiyanı hədələyib Mirzoyanı müdafiəyə qalxmalarını da birmənalı qiymətləndirib.

“Ermənilər Rusiyanı Gümrüdəki hərbi bazanı bağlamaqla təhdid edirlər. Politoloq Qriqoryan mətbuatda bəyan edib ki, əgər Mirzoyanı Azərbaycan tərəfə təhvil versələr, Rusiyanın diplomatları, nümayəndəlikləri hücuma məruz qoyula bilər. Erməni saytları Mirzoyanı qəhrəman kimi təqdim edirlər və Rusiya tərəfi Mirzoyanın Azərbaycana verilməsinin qeyri-mümkünlüyünü qeyd edir. Görünən odur ki, Ermənistan siyasətində, hərbisində, iqtisadiyyatında, vətəndaş cəmiyyətində  böhran davam edir və onu dəstəkləyən qüvvələr var. Azərbaycan  Prezidenti də Ermənistana üzünü tutaraq qeyd eləmişdi ki,” əgər siz dövlət, xlq kimi fəaliyyət göstərə  bilmirsizsə,  endirin bayrağınızı olun başqa dövlətin forpostu. Boynunuza alın ki, siz dövlət deyilsiz. Bu gün biz bunun şahidi oluruq”.

Politoloq bütün bunlarla yanaşı Azərbaycan ordusunun öz torpaqlarını qorumağa qadir olduğunu, güclü vətəndaş cəmiyyətinin qurulduğunu önə çəkib.

“Azərbaycanda 46 siyasi partiya prezidentin yeritdiyi siyasəti dəstəkləyir, milli dövlətçilik maraqlarımız birdir. Torpaqlar azad olunub və gələcəkdə həmin ərazilərdə gücü iqtisadi zonalar yaradılacaq. İqtisadi zonların yaradılması Cənubi Qafqazı çiçəklənən regiona çevrəcəkdir. Əgər Ermənistan terrora davam edəcəksə, iqtisadi yüksəlişdə onun payı olmayacaq, rəzil günə düşəcəkdir”.