Erməni terrorunun şəhid etdiyi həmkarlarımızı unutmayacağıq - Türkiyə XİN

13:38 24.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Erməni terroru nəticəsində şəhid olan həmkarlarımızı unutmayacağıq.

Hafta.az-ın məlumatına görə, bu, Türkiyə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yazılıb.

XİN-in bəyanatında deyilir ki, yalanlar təkcə tarixi saxtalaşdırmır, həm də günahsız canları alır: "Erməni terroru nəticəsində şəhid olan həmkarlarımızı unutmadıq, heç vaxt unutmayacağıq! Onlar rahat uyusun, biz yalan və təzyiqlərə boyun əyməyəcəyik".