Ermənilər Kəlbəcərdə bankomatdan 20 min dollar oğurladılar

10:24 02.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

2022-ci il oktyabrın 16-da bir neçə erməni Kəlbəcər rayonununun Həsənriz kəndinin qanunsuz icma binasına daxil olub oradakı bankomatın əskinas xəzinəsini elektrik mişarıyla  kəsərək  pulları ələ keçiriblər.

Hafta.az xəbər verir ki,  Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən "Artsaxbank"a məxsus bankomatdan oğurlanan əskinaslar 7 milyon  951 min erməni dramı, yaxud 19 min ABŞ dollarına yaxın məbləğdə olub.

Xankəndindəki qondarma “prokurorluq” oğurluğu törədənlərdən iki nəfərin həbs edilməsi haqda məlumat yayıb.

Xatırladaq ki,  1991-ci ilədək keçmiş Mardakert rayonuna daxil olan və “Aterk” adlanmış Həsənriz kəndi 1992-ci ildən Azərbaycan hökumətinin müvafiq qərarıyla Kəlbəcər rayonunun tərkibinə daxil edilib.  Hazırda kənddə Rusiya “sülhməramlı”larının himayəsi altında hayklar məskunlaşıb...